AZ

Birja Bank "BTB" istiqrazıları barədə qərar verdi - ABUNƏ YAZILIŞI BAŞLAYIR

21 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bank "BTB" ASC-nin i3 milyon manatlıq stiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Birjanın yaydığı məlumata görə, qeyd olunan istiqrazların abunə yazılışı 29.04.2025-ci ildə başlayaraq, mayın 7-də yekunlaşacaqdır. 

Qeyd edək ki, 07.05.2025-ci il tarixində yerləşdirmənin başlama tarixi, 12.05.2025-ci il tarixində yerləşdirmənin başa çatma tarixi müəyyən edilmişdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: Bank "BTB" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2005009447

İstiqrazların növü və forması:  Faizli, təminatsız, sənədsiz, adlı subordinasiya istiqrazları

Ticarət üsulu/forması:  Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı: 3000 ədəd

İlkin ticarət qiyməti: 1000 manat

İstiqrazların buraxılış həcmi: 3 000 000 manat

İllik gəlirlilik faizi: 14%

Ödəmə Periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir.

Tədavül müddəti:  7 il

Ticarətə buraxılma tarixi:  07.05.2025 - 12.05.2024

Anderrayter:  “Assist Finance İ.Ş.” ASC

Seçilən
10
1
marja.az

9Mənbələr