24 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank" ASC-nin 30 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Bu barədə Marja-ya BFB-dən bildirilib.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Kapital Bank" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2016005152
İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı: 300 000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 30 000 000 manat
İllik gəlirlilik faizi: 11%
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir
Tədavül müddəti: 1 il
Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC