AZ

"Barselona"ya 3 qol vurdu, "Qızıl buts"a namizəd oldu

"Real"ın futbolusu Kilian Mbappe "Qızıl buts" mükafatına namizədlər sırasına daxil olub.

Publika.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.

"Barselona"ya qarşı 35-ci turda baş tutan La Liqa matçında het-trik etməsindən sonra onun hesabında 54 xal var. La Liqada hər qol üçün oyunçuya 2 xal verilir.

Reytinqin birinci pilləsində "Sportinq" klubunun hücumçusu Viktor Qyökereş dayanır. O, Portuqaliya çempionatında 38 qol vuraraq 57 xal toplayıb. İkinci pillədə isə "Liverpul"un cinah oyunçusu Məhəmməd Salah yer alıb. Onun hesabında 56 xal (İngiltərə Premyer Liqasında 28 qol) var.

"Beşlik"də həmçinin "Barselona"nın hücumçusu Robert Levandovski və "Bayern"in forvardı Hari Keyn yer alıb. Hər ikisi öz çempionatlarında 25 qol vuraraq 50 xal qazanıblar.

Seçilən
0
33
publika.az

10Mənbələr