AZ

Devid Bekhem onları dünyanın ən yaxşısı hesab edir

İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Devid Bekhem “Barselona”nın 17 yaşlı sağ cinah hücumçusu Lamin Yamal haqda danışıb.

Arena.az Bekhemin bu barədə fikrini təqdim edir:

“Onun 17 yaşı var, amma “Barselona” üçün 100-dən artıq oyun keçirib. Mən həmişə demişəm ki, bu uşaqlar çox cavandırlar, əgər onlar kifayət qədər yaxşıdırlarsa, onda, oynamalıdırlar. O, “Barselona”da böyüyüb, akademiyanı bitirib və fövqəladə cavan oyunçudur”, deyə Bekhem vurğulayıb.

“İnter Mayami”nin həmsahibi, “Mançester Yunayted”, “Real”, “Los-Anceles Qelaksi”, Milan” və PSJ-nin keçmiş sağ cinah yarımmüdafiəçisi futbolçu karyerasındakı ən yaxşı kapitan haqda da qənaətini açıqlayıb:

“Mənim birlikdə oynadığım ən yaxşı kapitan Roy Kindir”, deyə Bekhem “qırmızı şeytanlar”ın irland əfsanəsi, keçmiş dayaq yarımmüdafiəçisinin adını çəkib.

O, futbol tarixinin ən yaxşı müdafiəçisi haqda qənaətini açıqlayıb:

“Mən “Milan”a keçəndə, orada Andrea Pirlo, Alessandro Nesta, Paolo Maldini oynayırdılar. Paolo inanılmaz idi, mənim nə vaxtsa gördüyüm ən yaxşı lider, ən yaxşı kapitan, ən yaxşı müdafiəçi. Hətta 41 yaşında o, meydanı kimsənin edə bilmədiyi kimi oxuyurdu”, deyə Devid Bekhem vurğulayıb.

Seçilən
0
33
arena.az

10Mənbələr