AZ

“Müdafiədəki kobud səhvlərimizdən istifadə etdilər” – Kurban Berdiyev

“Turan Tovuz” Misli Premyer Liqasının 34-cü turunda doğma meydanda “Neftçi”yə 1:2 hesabı ilə uduzub.

İdmanxeber.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– “Neftçi” qələbəyə layiq idi. Müdafiədəki kobud səhvlərimizdən istifadə etdilər.

– Bu mövsüm “Neftçi” məğlub edə bilmədiyiniz yeganə komanda oldu. Bu haqda nə deyə bilərsiniz?

– “Neftçi” seçilmiş futbolçulardan ibarət olan komandadır.

– 4-cü yeri itirmək təhlükəsini hiss etmirsiniz?

– Xeyr. Güman edirəm ki, itirməyəcəyik. Amma azarkeşləri sevirdirə bilmədiyimiz üçün utanırıq.

– Hakim idarəçiliyi sizi qane etdi?

– Bu suala cavab verməyim. Artıq çox şeyi başa düşə bilmirəm.

– Bu heyət avrokuboklar üçün yetərlidir?

– Yox.

– Heyət nə qədər dəyişməlidir ki, avrokuboklar üçün yetərli olsun?

– Bu haqda mən nəsə deyə bilmərəm. Qərarı klubun prezidenti verir.

Seçilən
0
4
idmanxeber.az

6Mənbələr