AZ

Kurban Berdiyev: “Bunun üçün utanırıq”

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 34-cü turunda doğma meydanda “Neftçi”yə 1:2 hesabı ilə uduzub.

Msport.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

“Neftçi” qələbəyə layiq idi. Müdafiədəki kobud səhvlərimizdən istifadə etdilər”.

 

– Bu mövsüm “Neftçi” məğlub edə bilmədiyiniz yeganə komanda oldu. Bu haqda nə deyə bilərsiniz?

– “Neftçi” seçilmiş futbolçulardan ibarət olan komandadır.

 

– 4-cü yeri itirmək təhlükəsini hiss etmirsiniz?

– Xeyr. Güman edirəm ki, itirməyəcəyik. Amma azarkeşləri sevirdirə bilmədiyimiz üçün utanırıq.

 

– Hakim idarəçiliyi sizi qane etdi?

– Bu suala cavab verməyim. Artıq çox şeyi başa düşə bilmirəm.

 

– Bu heyət avrokuboklar üçün yetərlidir?

– Yox.

 

– Heyət nə qədər dəyişməlidir ki, avrokuboklar üçün yetərli olsun?

– Bu haqda mən nəsə deyə bilmərəm. Qərarı klubun prezidenti verir.

Seçilən
0
4
msport.az

6Mənbələr