AZ

Kurban Berdıyev: "Bunun üçün utanırıq"

Misli Premyer Liqasının XXXIV turunun "Turan Tovuz" - "Neftçi" matçından (1:2) sonra ev sahiblərinin baş məşqçisi Kurban Berdiyevin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

"Neftçi" qələbəyə layiq idi. Müdafiədəki kobud səhvlərimizdən istifadə etdilər".

- Bu mövsüm "Neftçi" məğlub edə bilmədiyiniz yeganə komanda oldu. Bu haqda nə deyə bilərsiniz?

- "Neftçi" seçilmiş futbolçulardan ibarət olan komandadır.

- 4-cü yeri itirmək təhlükəsini hiss etmirsiniz?

- Xeyr. Güman edirəm ki, itirməyəcəyik. Amma azarkeşləri sevirdirə bilmədiyimiz üçün utanırıq.

- Hakim idarəçiliyi sizi qane etdi?

- Bu suala cavab verməyim. Artıq çox şeyi başa düşə bilmirəm.

- Bu heyət avrokuboklar üçün yetərlidir?

- Yox.

- Heyət nə qədər dəyişməlidir ki, avrokuboklar üçün yetərli olsun?

- Bu haqda mən nəsə deyə bilmərəm. Qərarı klubun prezidenti verir.

Rəşad Sadıqov: "Kimlərsə unudub, mən unutmamışam"

“Zirə”dən minimalhesablı qələbə - YENİLƏNİB

Fabreqas A Seriyasının ən yaxşı məşqçisi seçildi

“Ayın qolu” layihəsində aprel ayının qalibləri müəyyənləşib

"Səbail" - "Zirə" - Heyətlər açıqlandı

Seçilən
0
4
apasport.az

6Mənbələr