Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə hadisə rayonun Birinci Şıxlı kəndində qeydə alınıb.
Belə ki, hərəkətə olan “VAZ 21099 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı daşa çırpılıb.
Qəza zamanı Gəncə sakini olan 3 qadın və 1 kişi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.