EN

Qazaxda minik avtomobili daşa çırpılıb, 4 nəfər xəsarət alıb

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə hadisə rayonun Birinci Şıxlı kəndində qeydə alınıb.

Belə ki, hərəkətə olan “VAZ 21099 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı daşa çırpılıb.

Qəza zamanı Gəncə sakini olan 3 qadın və 1 kişi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
0
5
avtosfer.az

6Sources