Ajans.az xəbər verir ki, hadisə rayonun Birinci Şıxlı kəndində qeydə alınıb. Belə ki, hərəkətə olan “VAZ 21099 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı daşa çırpılıb. Qəza zamanı Gəncə sakini olan 3 qadın və 1 kişi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.