AZ

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərənlərə 1 milyon AZN-dək maliyyə imkanı

"Azər Türk Bank" ASC, Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər təqdim edir.

Finss.az xəbər verir ki, kreditin maksimum məbləği 1 000 000 AZN, müddəti isə 60 ayadək müəyyən edilir. İllik faiz dərəcəsi maksimum 7% təşkil edir, mikro kreditlər üçün bu göstərici 12%-ə qədər ola bilər.

Fermerlər üçün əlavə dəstək tədbiri kimi texnika alışına görə alış qiymətinin 40%-i, heyvandarlıq fəaliyyəti üzrə isə alış qiymətinin 60%-i qədər subsidiya nəzərdə tutulur. Bu şərtlər kənd təsərrüfatının inkişafına maliyyə baxımından əhəmiyyətli töhfə verir.

Ətraflı məlumat üçün keçid: //atb.az/subsidiya/

 

Fuad Mədətov
Finss.az

Seçilən
0
28
fins.az

10Mənbələr