"Azər Türk Bank" ASC, Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər təqdim edir.
Finss.az xəbər verir ki, kreditin maksimum məbləği 1 000 000 AZN, müddəti isə 60 ayadək müəyyən edilir. İllik faiz dərəcəsi maksimum 7% təşkil edir, mikro kreditlər üçün bu göstərici 12%-ə qədər ola bilər.
Fermerlər üçün əlavə dəstək tədbiri kimi texnika alışına görə alış qiymətinin 40%-i, heyvandarlıq fəaliyyəti üzrə isə alış qiymətinin 60%-i qədər subsidiya nəzərdə tutulur. Bu şərtlər kənd təsərrüfatının inkişafına maliyyə baxımından əhəmiyyətli töhfə verir.
Ətraflı məlumat üçün keçid: //atb.az/subsidiya/
Fuad Mədətov
Finss.az