AZ

Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən sahibkarlara 90%-dək zəmanətli və subsidiyalı kredit dəstəyi

Bank VTB (Azərbaycan) ASC Sahibkarlığın İnkişaf Fondu ilə birgə “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində güzəştli kredit imkanları təqdim edir.

Finss.az xəbər verir ki, bu mexanizm zəmanət və faiz subsidiyası ilə sahibkarların maliyyə yükünü azaldır və regionun iqtisadi inkişafını dəstəkləyir.

Kredit şərtləri:

  • Kredit məbləği: 1 000 000 AZN-dək
  • Müddət: 7 ilədək
  • Faiz dərəcəsi: illik 15 %-dək
  • Güzəşt müddəti: 12 aya qədər

Fond tərəfindən dəstək:

  • Zəmanət: kreditin 90%-dək hissəsi
  • Subsidiya: illik faiz dərəcəsinin 10% bəndi
  • Subsidiya müddəti: 36 ayadək

Bu mexanizm çərçivəsində sahibkarlar kreditlərin böyük hissəsinə zəmanət alaraq girov problemi ilə qarşılaşmadan maliyyələşmə imkanı əldə edirlər. Eyni zamanda, faiz subsidiyası sayəsində ödəniş yükü ciddi şəkildə azalır.

Təklif, Zəngilan, Füzuli, Ağdam, Laçın, Qubadlı, Cəbrayıl, Şuşa və digər azad edilmiş ərazilərdə fəaliyyət göstərən və ya fəaliyyətə başlamağı planlaşdıran sahibkarlıq subyektləri üçün əlverişli imkandır.

Ətraflı məlumat üçün keçid: //vtb.az/business/loans/inkishaf-fondu-zemanet-ve-subsidiya/state-programm-loans-guarantee-subsidy/

Fuad Mədətov
Finss.az

Seçilən
0
28
fins.az

10Mənbələr