AZ

Monitorinq prosesində rəqəmsal mərhələ – Kompüter əsaslı qiymətləndirməyə start verilir

17-18 may tarixində ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV və VI siniflərində monitorinq təşkil olunacaq.

Day.Az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, bu ildən etibarən monitorinqin müəyyən bir hissəsinin kompüter əsaslı formatda təşkilinə start verilib. Belə ki, monitorinqin sınaq mərhələsi 12 və 13 aprel tarixlərində ilk dəfə olaraq kompüter əsaslı formatda təşkil olunub və uğurla həyata keçirilib. Sınaq monitorinqinə hər sinif üzrə 900-ə yaxın şagird cəlb edilib.

Bununla yanaşı, bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarələrinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrində təhsil alan 10 000 şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır.

Qeyd edək ki, monitorinq prosesində rəqəmsallaşmanın tətbiqində əsas məqsəd kompüter əsaslı qiymətləndirmə modelinə mərhələli keçidi təmin etməkdir.

Seçilən
0
10
day.az

10Mənbələr