Bakı. Trend:
18-19 may tarixində ölkə üzrə bütün dövlət ümumitəhsil müəssisələrinin IV və VI siniflərində monitorinq təşkilolunacaq.
Trend xəbər verir ki, bu barədə MÜTDA məlumatyayıb.
Bildirilib ki, bu ildən etibarən monitorinqin müəyyənbir hissəsinin kompüter əsaslı formatda təşkilinə start verilib.Belə ki, monitorinqin sınaq mərhələsi 12 və 13 aprel tarixlərindəilk dəfə olaraq kompüter əsaslı formatda təşkil olunub və uğurlahəyata keçirilib. Sınaq monitorinqinə hər sinif üzrə 900-ə yaxınşagird cəlb edilib.
Bununla yanaşı, bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsivə Abşeron-Xızı Regional Təhsil İdarələrinin tabeliyində olan birsıra ümumi təhsil müəssisələrində təhsil alan 10 000 şagirdinkompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır.
Qeyd edək ki, monitorinq prosesində rəqəmsallaşmanıntətbiqində əsas məqsəd kompüter əsaslı qiymətləndirmə modelinəmərhələli keçidi təmin etməkdir.