AZ

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Həştərxan vilayətində qeyd edilib (FOTO)

Bakı. Trend:

Müasir Azərbaycanın qurucusu və memarı, xalqımızın ÜmummilliLideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Azərbaycannümayəndə heyətinin iştirakı ilə Rusiya Federasiyasının Həştərxanvilayətində qeyd edilib.

Həştərxan vilayətinin vitse-qubernatoru - Hökümət sədri DenisAfanasyevin dəvəti ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının102-ci ildönümü münasibəti ilə Həştərxan şəhərində keçirilmiştədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Abşeron Rayonİcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkili ElmanNəsirov, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev iştirakedib.

Səfər çərçivəsində mayın 5-də nümayəndə heyəti ilə “ÜmumrusiyaAzərbaycan Gənclər Təşkilatının” (AMOR) Həştərxan bölməsininüzvləri arasında görüş keçirilib. Görüşdə Azərbaycanın əldə etdiyinailiyyətlərin və bugünki qələbələrimizin əsasının Ümummilli LiderHeydər Əliyev tərəfindən qoyulduğu qeyd edilərək, bundan sonra dadaimi olaraq dövlətimizin və Ulu Öndər Heydər Əliyevinmüəyyənləşdirdiyi milli idealogiyamız üçün çalışmağın vacibliyivurğulanıb. Müzəffər Ali Baş Komandan, Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin uzaqgörən siyasəti, siyasi iradəsi vəşanlı ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olunanyurdumuzun sürətli şəkildə bərpa olunduğu, soydaşlarımızın özyurdlarına geri döndüyü və Qarabağda həyatın yenidən canlandığıqeyd edilib.

Mayın 6-da Azərbaycan nümayəndə heyəti, Həştərxan vilayətininvitse-qubernatoru - Hökümət sədri Denis Afanasyev və Həştərxanvilayətinin rəsmi şəxsləri, Azərbaycan diasporasının nümayəndələriHəştərxan şəhərində Ulu Öndərin adını daşıyan Xiyabana gələrək onunabidəsini ziyarət edib. Ümummilli Lider Heydər Əliyevin abidəsiönünə gül dəstələri düzülüb, onun əziz xatirəsi dərin ehtiramla yadedilib. Daha sonra nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevadına olan parkda Ulu Öndərin xatirəsinə təşkil edilmiş ağacəkməaksiyasında iştirak edərək ağac və gül kolları əkiblər.

Sonra II Dünya Müharibəsi zamanı həlak olanların xatirəsinəucaldılmış “Qardaşlıq məzarlığı” ziyarət edilmiş, “Əbədi Məşəl”önünə güllər qoyulmuşdur.

Həmin gün nümayəndə heyətinin Həştərxan vilayətinin Qubernatoruİqor Yuryeviç Babuşkin ilə görüşü keçirilib. Görüşdə iki ölkəarasında mövcud olan əməkdaşlığın inkişaf perspektivlərindən sözaçılıb. Ölkələrimiz arasında olan münasibətlərin dostluq vəqardaşlıq prinsiplərinə söykəndiyini vurğulayan İ.Babuşkin qeydedib ki, qurulan iqtisadi əlaqələr və həyata keçirilən çoxsaylılayihələr müsbət nəticələr verməkdədir. Abşeron Rayon İcraHakimiyyətinin başçısı Abdin Fərzəliyev öz növbəsində səmimi qəbulagörə Həştərxan vilayəti Hökümətinə təşəkkürünü bildirib. Qeydedilib ki, Həştərxanda Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin əziz xatirəsi daima böyük hörmət və sevgi ilə anılır. İkixalq arasında bağların daha da möhkəmlənməsində Ulu Öndər HeydərƏliyevin böyük xidmətlərinin olduğu vurğulanaraq bildirilib ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və RusiyaFederasiyasının Prezidenti Vladimir Putin mehriban qonşuluqprinsiplərinə söykənən Azərbaycan – Rusiya münasibətlərinin daha dadərinləşməsinə töhvələr verirlər. Nümayəndə heyətinin tərkibindəyer alan millət vəkili Elman Nəsirov da Ulu Öndər Heydər Əliyevinxatirəsini daim əziz tutduqları üçün həştərxanlılara təşəkkürünübildirib.

Mayın 7-də isə Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib, məktəbdə UluÖndərin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsiniehtiramla yad edib.

Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Ümummilli
Seçilən
0
10
az.trend.az

10Mənbələr