AZ

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub.

News365.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Rusiya 205 ukraynalı əsiri Kiyevə, Ukrayna da 205 rusiyalı əsiri Moskvaya qaytarıb.

    Mübadilə mayın 6-da baş tutub.

    Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, azad edilən rusiyalı əsgərlər hazırda Belarusdadırlar.

    “Orada onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin yaxınları ilə əlaqə saxlamaq imkanı verilir”, - Rusiya MN-in məlumatında qeyd olunub.

    Seçilən
    0
    9
    news365.az

    10Mənbələr