Aktual.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya 205 ukraynalı hərbi əsiri Kiyevə, Ukrayna da 205 rusiyalı hərbi əsiri Moskvaya qaytarıb.
Mübadilə mayın 6-da baş tutub.
Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, azad edilən rusiyalı əsgərlər hazırda Belarusdadırlar. "Orada onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin yaxınları ilə əlaqə saxlamaq imkanı verilir”, - Rusiya MN-in məlumatında qeyd olunub.