Rusiya ilə Ukrayna arasındaəsir mübadiləsi olub.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya 205 ukraynalıəsiri Kiyevə, Ukrayna da 205 rusiyalıəsiri Moskvaya qaytarıb.
Mübadilə mayın 6-da baş tutub.
Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, azad edilən rusiyalı əsgərlər hazırda Belarusdadırlar.
“Orada onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin yaxınları ilə əlaqə saxlamaq imkanı verilir”, - Rusiya MN-in məlumatında qeyd olunub.