AZ

​​​​​​​FHN-in Sumqayıt Regional Mərkəzində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı tədbir keçirildi - FOTO

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Aktual.az xəbər verir ki, Regional Mərkəzdə Ulu Öndərin abidəsi ziyarət edilib. Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin qarşısından start alan veloyürüş FHN Sumqayıt Regional Mərkəzinin önündə başa çatıb.

Daha sonra ümummilli lider Heydər Əliyevlə bağlı təşkil olunmuş foto və kitab sərgilərinə baxış keçirilib.

Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev, nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin rəis müavini Gündüz Həmzəyev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edib.

Daha sonra FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Xilasetmə Hissələrinin alət-avadanlıqlarına baxış keçirilib.

Tədbirin sonunda ağacəkmə aksiyası olub, 102 ədəd ağac və gül kolları əkilib, 102 ədəd helium şarı havaya buraxılıb.(apa)

​​​​​​​FHN-in​​​​​​​FHN-in​​​​​​​FHN-in​​​​​​​FHN-in​​​​​​​FHN-in​​​​​​​FHN-in​​​​​​​FHN-in​​​​​​​FHN-in​​​​​​​FHN-in​​​​​​​FHN-in​​​​​​​FHN-in​​​​​​​FHN-in​​​​​​​FHN-in

Seçilən
0
3
ulusum.az

5Mənbələr