AZ

FHN Sumqayıtda Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

“Report”un yerli bürosu məlumat verir ki,tədbir çərçivəsində Sumqayıt Regional Mərkəzində Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulub.
Daha sonra ümummilli lider Heydər Əliyevlə bağlı təşkil olunmuş foto və kitab sərgilərinə baxış keçirilib.
Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir rəsmi hissə ilə davam edib.


Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi, Vaqif Fətullayev və digər natiqlər çıxış etdikdən sonra tədbir bədii hissə ilə davam edib.

Şəhid övladlarından təşkil olunmuş “Əmanət” xor qrupunun üzvləri təltif olunub.

FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Xilasetmə Hissələrinin alət-avadanlıqlarına baxış keçirilib.
Tədbirin sonunda 102 ədəd ağac və gül kolları əkilib, 102 ədəd helium şarı havaya buraxılıb.

Seçilən
0
2
report.az

5Mənbələr