"Bu gün ATƏT PA-nın İpək Yolu Qrupunun sədri qismində Monteneqro Parlamentinin sədri cənab Andriya Mandiç ilə Budvada səmərəli görüş keçirməkdən məmnun oldum" . SİA xəbər verir ki, bu sözləri Azay Quliyev deyib. O bildirib ki, “Qitələri birləşdirərək: Dayanıqlı turizm, təmiz enerji və ekoloji tarazlıq naminə davamlı gələcəyin təşviqi” mövzusunda İpək Yolu Qrupunun 5-ci Beynəlxalq Parlament Konfransının yüksək səviyyədə təşkilinə görə Monteneqro Parlamentinə təşəkkürümü bildirdim: "ATƏT PA-nın Baş Katibi Roberto Montellanın da iştirak etdiyi görüşdə
İpək Yolu Qrupu ilə Monteneqro Parlamenti arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları barədə faydalı fikir mübadiləsi apardıq".