ATƏT PA-nın İpək Yolu Qrupunun sədri Azay Quliyev Monteneqro Parlamentinin sədri Andriya Mandiç ilə Budvada görüş keçirib.
Modern.az xəbər verir ki, bu barədə Azay Quliyev özünün sosial media hesabında yazıb.
O, görüşün səmərəli keçdiyini bildirib.
“Qitələri birləşdirərək: Dayanıqlı turizm, təmiz enerji və ekoloji tarazlıq naminə davamlı gələcəyin təşviqi” mövzusunda İpək Yolu Qrupunun 5-ci Beynəlxalq Parlament Konfransının yüksək səviyyədə təşkilinə görə Monteneqro Parlamentinə təşəkkürümü bildirdim.
ATƏT PA-nın Baş Katibi Roberto Montellanın da iştirak etdiyi görüşdə İpək Yolu Qrupu ilə Monteneqro Parlamenti arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları barədə faydalı fikir mübadiləsi apardıq".