Bu gün Milli Məclisin deputatı Azay Quliyev ATƏT PA-nın İpək Yolu Qrupunun sədri qismində Monteneqro Parlamentinin sədri Andriya Mandiç ilə Budvada səmərəli görüş keçirib.
News24.az xəbər verir ki, deputat “Qitələri birləşdirərək: Dayanıqlı turizm, təmiz enerji və ekoloji tarazlıq naminə davamlı gələcəyin təşviqi” mövzusunda İpək Yolu Qrupunun 5-ci Beynəlxalq Parlament Konfransının yüksək səviyyədə təşkilinə görə Monteneqro Parlamentinə təşəkkürünü bildirib.
ATƏT PA-nın Baş Katibi Roberto Montellanın da iştirak etdiyi görüşdə İpək Yolu Qrupu ilə Monteneqro Parlamenti arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları barədə faydalı fikir mübadiləsi aparılıb.
Aqil Qarayev