AZ

Xaçmazda 3 dəfə təmir olunan körpü yenə BAĞLANDI – VİDEO

Qudyalçayda suyun səviyyəsinin artması Qubadan sonra Xaçmaz rayonunda da problemlə nəticələnib. Çayın Xaçmaz şəhəri ilə Köhnə Xaçmaz kəndini birləşdirən piyada körpüsü və Xaspoladoba kəndindən keçən hissəsindəki körpü ötən gündən bağlanıb. Piyada keçidi kimi istifadə olunan körpü olduqca qəzalı vəziyyətdədir. Bu səbəbdən sakinlərin rayon mərkəzinə və əks istiqamətə, məktəblilərin isə məktəbə hərəkəti çətinləşib.

1200-dən artıq əhalinin yaşadığı Köhnə Xaçmaz kəndini rayon mərkəzi ilə birləşdirən piyada körpüsü müxtəlif vaxtlarda 3 dəfə təmirə dayanıb, amma irəliləyiş olmayıb.

Ətraflı videosüjetdə:



Aytəkin Alxaslı, Ayşən Rəhim, Pərviz Abdullayev, Bizim.Media

Seçilən
0
1
bizim.media

10Mənbələr