AZ

Körpü qəzalı vəziyyətə düşdü - 10 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi - FOTO

Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən piyadalar üçün olan körpü qəzalı vəziyyətə düşüb.

Milli.Az xəbər verir ki, sakinlərin verdiyi məlumata görə, həmin körpüdən hər gün kənd camaatı, xüsusilə də məktəbə gedən şagirdlər istifadə edir.

Körpünün təhlükəli hala düşməsi kənd əhalisində ciddi narahatlıq yaradıb. Onlar bildirirlər ki, körpünün vəziyyəti həm piyadalar, həm də nəqliyyat vasitələri üçün təhlükə yaradır.

Qeyd edək ki, Xaçmaz rayonunda Qudyalçay çayı üzərindəki avtomobil körpüsü də qəzalı vəziyyətə düşüb.  Xaspoladoba kəndi ərazindəki körpünün sel sularının təsiri nəticəsində qəzalı vəziyyətə düşməsi səbəbindən 10-a yaxın kəndin rayon mərkəzi ilə əlaqəsi çətinləşib. 

Xaçmaz Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Oruclu bildirib ki, hazırda komissiyanın və digər əlaqədar dövlət qurumların nümayəndələri əraziyə baxış keçirirlər. Vəziyyət yerində qiymətləndirildikdən sonra fəsadların aradan qaldırılması üçün müvafiq addımlar atılacaq.

Asya
Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Seçilən
0
9
milli.az

10Mənbələr