AZ

Azərbaycanın ECO üzvləri ilə həm ayrılıqda, həm də təşkilat çərçivəsində əməkdaşlıq və tərəfdaşlıqları mövcuddur - RƏY

İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) regiondakı ölkələri özündə birləşdirir və Azərbaycanın ECO üzvləri ilə həm ayrılıqda, həm də təşkilat çərçivəsində əməkdaşlıq və tərəfdaşlıqları mövcuddur.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, ECO regionun ən böyük təşkilatlarından biridir:

"Türkiyə, Azərbaycan, Pakistan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, İran və Əfqanıstan İqtisadi Əməkdaşlıq Təşkilatına üzvdürlər. Bu ölkələrdə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığımız mövcuddur. Ona görə, əminliklə deyə bilərik ki, Azərbaycan təşkilatın fəaliyyətinə töhfə verən ölkədir. Xüsusilə, nəqliyyat və logistika sahəsində Azərbaycanın təşkilat üzvləri sıx əlaqələrini vurğulamalıyıq".

 Vüqar Bayramov
Vüqar Bayramov

Deputat vurğulayıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatı üzvlərə ticarət, investisiya, nəqliyyat, kommunikasiya, turizm, enerji, ətraf mühit, aqrar sektor, sənaye, eyni zamanda bir sıra digər istiqamətlərdə, o cümlədən iqtisadi tədqiqat və dataların toplanması, işlənməsində əməkdaşlıq üçün şərait yaradır:

"Təşkilata üzv olan ölkələrdə ümumilikdə 550 milyon əhali yaşayır. Bu deməkdir ki, təşkilat həm region, həm də istehlakçı potensialı baxımından vacibdir. ECO 550 milyonluq istehlakçısı olan təşkilatdır. Onun üzvləri arasındakı ticarət dövriyyəsi illik 76 milyard dollara çatır. Rəqəmlər göstərir ki, təşkilata üzv olan ölkələr həm onun daxilində, həm qarşılıqlı əlaqə və ticarətdə mühüm çəkiyə malikdirlər".

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının genişlənməsinə töhfə verən ölkələrdən biri olduğunu vurğulayan V. Bayramovun fikrincə, nəqliyyat və logistika sahəsində, Qərb, Şərq, Şimal və Cənub nəqliyyat dəhlizlərinin regional olaraq genişlənməsində rolu vacibdir:

"İnfrastrukturun genişləndirilməsi istiqamətində kifayət qədər ciddi əlaqələr qurulub. Eyni zamanda, Azərbaycan və təşkilat üzvləri olan ölkələr arasında qarşılıqlı investisiya qoyuluşunun dəstəklənməsi onların da iqtisadiyyatına dəstəkdir. Bu sahələrdə birgə proqramın reallaşması İqtisadi Əməkdaşlıq Təşkilatının genişlənməsi baxımından yeni imkanlar yaradır".

Seçilən
0
1
report.az

8Mənbələr