AZ

Parlamentari: ŞƏT-lə əməkdaşlıq Azəarbaycanla Çin arasında münasibətlərə pozitiv təsir göstərəcək

Azərbaycan Çinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyini dəstəkləyir və Çin tərəfinin ŞƏT-in keyfiyyətcə inkişafı üçün göstərdiyi əməli səylərini yüksək qiymətləndirir.
Bu, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında imzalanan Birgə Bəyanatda qeyd olunub.
"Azərbaycan “ŞƏT-in Dayanıqlı İnkişaf İli” tədbirlərində fəal iştirak etməyə və Təşkilatın üzv ölkələri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirir. Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir", - Bəyanatda bildirilib.

Millət vəkili Vüqar Bayramov Sherg.az-a söyləyib ki, Azərbaycan praktik olaraq həm Qərb, həm də Şərqlə əməkdaşlığı gücləndirib:

“Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanın əməkdaşlıq etdiyi təşkilatlardan biridir. Təbii ki, Şanxay Əməkdaşlıq Təşkilatı eyni zamanda regionun ən böyük təşkilatlarından hesab olunmaqla qlobal əhəmiyyət daşıyır. O baxımdan bu çərçivədə həm Çinlə, həm də Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrlə iqtisadi sahədə daha çox əməkdaşlıq və daha çox layihələrin imzalanması, investisiya qoyuluşlarının həyata keçirilməsi mümkündür. Bu nəticə etibarilə həm Azərbaycan Çin arasında münasibətlərə pozitiv təsir göstərəcək, həm də təşkilat üzvü olan digər ölkələrlə əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək. Nəzərə alsaq ki, Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində ciddi artımlar müşahidə olunub. 2024-cü  ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 21 faizə yaxın artıb. Bu o deməkdir ki, iki ölkə arasında 3 milyard 744 milyon dollarlıq bir ticarət dövriyyəsi olub. Son illərdə isə ticarət dövriyyəsində artımlar müşahidə olunur. Bu kontekstdən də ondan xəbər verir ki, birmənalı şəkildə  sözügedən təşkilat çərçivəsində də biz ölkələr arasında münasibətlərin daha da dərinləşməsini müşahidə edəcəyik”.
Seçilən
36
6
sherg.az

8Mənbələr