AZ

Bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulan ECO-nun Zirvə toplantısı təşkilatın fəaliyyətinə yeni impuls verəcək - RƏY

Son illər Azərbaycanda ərsəyə gətirilən beynəlxalq logistik nəqliyyat dəhlizləri və iqtisadi layihələr ölkəni regional iqtisadi gücə çevirib.

Bu fikri "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O vurğulayıb ki, Azərbaycan həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin beynəlxalq iqtisadi əməkdaşlığının genişləndirilməsində önəmli rol oynamağa başlayıb:

"Azərbaycan ECO-ya üzv dövlətlərlə fəal əməkdaşlıq edir. Ölkəmizin bu təşkilata daxil ölkələrlə həm ikitərəfli dostluq və əməkdaşlıq münasibətləri var, həm də beynəlxalq platformalarda bir-birmizin mövqeyini dəstəkləməklə eyni fikirdən çıxış edirik.

Azərbaycan IX və XII Zirvə toplantılarına ev sahibliyi etməklə ECO-da tərəfdaşlığın qurulmasında aktiv fəaliyyət göstərib. Rəsmi Bakı həm də ECO-nun strateji hədəflərinə uyğun olaraq regional sabitliyə və inkişafa töhfə verir. Bu baxımdan Azərbaycanın öz ərazilərində suverenliyini bərpa etməsi və sülh gündəliyi ilə bağlı etdiyi çıxışlar regionda sülh və əməkdaşlıq imkanlarını genişləndirir".

Azər Badamov
Azər Badamov

Deputatın fikrincə, Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 16-cı Zirvə toplantısında səsləndirdiyi fikirlər Azərbaycanın danılmaz rolunu bir daha təsdiqləyir:

“Prezident qeyd edib ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Ölkə başçısının sözlərinə görə son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. İlham Əliyev vurğuladı ki, Azərbaycan hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyir".

Azərbaycanın regional lider ölkə olduğunu vurğulayan A. Badamovun sözlərinə görə, bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulan ECO-nun XVII Zirvə toplantısı təşkilatın fəaliyyətinə yeni impuls verəcək:

"Çünki, Azərbaycan ev sahiblik etdiyi hər bir beynəlxalq platformada aktual təşəbbüslərlə çıxış edir və fəaliyyətinə yeni töhfələr verir. Bu baxımdan ECO-nun növbəti Zirvə toplantısı Azərbaycanda yüksək səviyyədə keçiləcək və beynəlxalq gündəlik üçün əhəmiyyətli qərarlar qəbul etməklə yeni bir tarix yazılacaq".

Seçilən
7
1
report.az

8Mənbələr