İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı yaxın münasibətdən narahatdır.
Publika.az xəbər verir ki, bu barədə “İsrael Hayom” qəzetində dərc olunan “Netanyahu Trampdan bezdi: O, düzgün şeylər deyir, amma əməl etmir” sərlövhəli məqalədə bildirilib.
Netanyahunun Trampın Suriyada nəzarəti gücləndirmək üçün Ərdoğana verdiyi dəstəkdən narahat olduğu, ABŞ tərəfinin atdığı addımların bəyanatlarla uyğun gəlmədiyi bildirilib.
Xatırladaq ki, aprel ayında Tramp Ağ Evdə Netanyahu ilə görüşündə Ərdoğanla bağlı diqqətçəkən açıqlamalar vermişdi. O, Ərdoğanı “çox ağıllı” və “sərt adam” kimi xarakterizə etmişdi.