AZ

Ukrayna Krımı geri qaytaracaq?

ABŞ Prezidenti Ukraynanın Krım üzərində nəzarəti bərpa edə biləcəyinə şübhə ilə yanaşaraq, yarımadanın hərbi güc tətbiq etmədən Rusiyanın yurisdiksiyasına keçdiyini vurğulayıb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Ağ Evdə Norveçin baş naziri ilə görüşən ABŞ rəhbəri bəyan edib ki, Krımın Rusiyaya verilməsi Obama administrasiyası dövründə Ukraynanın heç bir hərbi müqaviməti olmadan baş tutub. Tramp Krımın Kiyevin nəzarətinə qaytarılmasının mümkünlüyü ilə bağlı şübhələrini ifadə edərək, bu vəzifəni son dərəcə çətin adlandırıb.

Ukraynın mümkün ərazi güzəştləri ilə bağlı sualı cavablandıran Tramp qərarın konkret ərazilərdən asılı olduğunu və ABŞ-ın Ukraynaya mübarizəsində hər cür dəstəyi verəcəyini vurğulayıb. O, Ukraynanın münaqişə zamanı əhəmiyyətli ərazi itkiləri verdiyini də qeyd edib.

Seçilən
172
46
publika.az

10Mənbələr