ABŞ prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoymaq üçün Rusiya ilə razılığa gəldiyini və indi prezident Volodimir Zelenskidən asılı olduğunu bildirib...
Poliqon xəbər verir ki, onun sözlərinə görə, Zelenski ilə razılığa gəlmək gözlədiyindən də çətin olacaq.
Oval kabinetdə jurnalistlərlə söhbəti zamanı Tramp deyib: "Məncə, Rusiya hazırdır. Çoxları Rusiyanın hər şeyə hazır olduğunu söylədi. Amma məncə, bizim Rusiya ilə anlaşmamız var. Biz Zelenski ilə sövdələşməyə getməliyik. Düşünürdüm ki, onunla danışıqlar aparmaq daha asan olacaq, amma indiyədək bu, daha çətin olub. Ancaq düşünürəm ki, onların hər ikisi ilə anlaşmamız var"
Eyni zamanda Tramp Co Bayden administrasiyasını Ukraynaya dəstək üçün külli miqdarda xərcləmələrinə görə tənqid edib:
"Biz Baydenə görə yüz milyardlarla dollar xərcləyirik. Bayden heç vaxt bu müharibənin baş verməsinə icazə verməməli idi. Biz Ukraynaya verdiyimiz yüz milyardlarla, bəlkə də 350 milyard dolları xərcləyirik və bu pulu elə burada da istifadə edə bilərdik".
ABŞ prezidenti, həmçinin, Papanın dəfn mərasimində iştirak edəcək Zelenski ilə görüşüb-görüşməyəcəyini söyləməkdən imtina edib və jurnalistlərə deyib: "Bilmirəm, o, dəfn mərasiminə gedəcək, ya yox".
Poliqon.info