AZ

Zelenski Rusiyaya sanksiyalardan yayınmağa kömək edən ölkələri “qara siyahı”ya DAXİL EDƏCƏK - VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya sanksiyalardan yan keçməyə kömək edən ölkələrə qarşı sanksiyalar elan edib.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik video müraciətində deyib.

“Biz sanksiyalar paketlərimizi hazırlayırıq - xüsusən də üçüncü ölkələrin qurumlarına və sxemlərinə qarşı. Təəssüf ki, Rusiyaya sanksiyaların bir qismini dəf etməyə kömək edir. Və biz müdafiəmizi gücləndirməyə davam edirik: tezliklə Ukrayna üçün əhəmiyyətli müdafiə paketləri və gələcək əməkdaşlıq haqqında qərarlar gözləyirik”.

O qeyd edib ki, yeni qərarlara əsas ölkələrlə müharibə zamanı və müharibədən sonrakı dövrdə əməkdaşlıq daxildir:

“Biz yenidənqurma üçün ciddi əsaslar hazırlayırıq. Eyni zamanda, Rusiya ən azı 30 gün uzunmüddətli sükuta hazır olsa, bu gündən başlayaraq, atəşkəs rejiminə ən qısa zamanda keçməyə hazırıq.

Bu, növbəti addımları hazırlaya biləcəyimiz dürüst zamandır. Rusiya müharibəni dayandırmalı və hücumları dayandırmalıdır”.

Bizim.Media

Seçilən
0
7
bizim.media

10Mənbələr