AZ

Zelenskidən Putinin Qələbənin 80-ci ildönümündə elan etdiyi atəşkəsə REAKSİYA - VİDEO

"Daha bir manipulyasiya cəhdi: nədənsə hamı mayın 8-nə qədər gözləməli və yalnız bundan sonra parad zamanı Putinin sükutunu təmin etmək üçün atəşi dayandırmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik video müraciətində rusiyalı həmkarı Vladimir Putinin Qələbənin 80-ci ildönümündə elan etdiyi atəşkəs təklifini şərh edərkən bildirib.

Biz paradları yox, insanların həyatını qiymətləndiririk. Buna görə də inanırıq və dünya da inanır ki, 8 may tarixini gözləmək üçün heç bir əsas yoxdur. Hücumlar bir neçə günlük deyil, dərhal, tamamilə və qeyd-şərtsiz ən azı 30 gün ərzində dayandırılmalıdır ki, zəmanətli və etibarlı olsun. Bu, əsl diplomatiya üçün əsas ola bilər”,– deyə Ukrayna Prezidenti deyib.




Bizim.Media

Seçilən
6
37
bizim.media

10Mənbələr