AZ

Zelenski: “Ruslar Qələbə paradına görə narahatdırlar və narahat olmaqda haqlıdırlar” - VİDEO

“İndi ruslar Qələbə paradının keçirilməsinin sual altında olmasından narahatdırlar. Və narahat olmaqda haqlıdırlar”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik video müraciətində deyib.

“Biz həmçinin Amerika ilə yeni sanksiya addımları ilə bağlı söhbətə hazırlaşırıq – biz məhz Rusiyada Moskvanı diplomatiyaya ən çox həvəsləndirəcək nöqtələrini seçirik.
 

Onlar müharibəni bitirmək üçün aydın addımlar atmalıdırlar və biz təkid edirik ki, qeyd-şərtsiz və tam atəşkəs ilk addım olmalıdır. Rusiya bunu etməlidir.


İndi onların paradının sual altında olmasından narahatdırlar və narahat olmaqda haqlıdırlar. Ancaq bu müharibənin davam edəcəyindən narahat olmalıyıq. Onlar müharibəyə son qoymalıdırlar”, – Ukrayna prezidenti bəyan edib.


Bizim.Media

Seçilən
0
7
bizim.media

10Mənbələr