"Səbail" Misli Premyer Liqasında ardıcıl 13-cü görüşdə qələbə qazana bilməyib.
Offsideplus.az xəbər verir ki, "dənizçilər" bu dəfə "Şamaxı" ilə oyunda heç-heçəyə razı olub - 1:1. Matçdan sonra keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Elvin Məmmədov qarşılaşma ilə bağlı bunları deyib:
"Şamaxı hər komanda üçün çətin səfərdir. Ayxan Abbasovun həmişə döyüşkən komandası olur. Birinci hissədə oyuna tam köklənə bilmədik. Amma ikinci yarıda yaxşı mübarizə aparıb qol vurduq. Qollar da vura bilərdik".
Gənc mütəxəssis 2 xal itirdiklərini düşünür:
"Məşqçiliyə yeni başlamışam. Böyük danışmaq istəmirəm. Amma reallığa baxsaq, həm "Araz-Naxçıvan"la, həm də "Şamaxı" ilə oyunda 2 xal itirdik. Əlbəttə ki, məyus oluruq".