AZ

Elvin Məmmədov: "Şamaxı" ilə oyunda 2 xal itirdik"

"Bilirdik ki, bizi ağır oyun gözləyir. Şamaxı hər komanda üçün çətin səfərdir. Ayxan Abbasovun həmişə döyüşkən komandası olur. Birinci hissədə oyuna tam köklənə bilmədik. Amma ikinci yarıda yaxşı mübarizə aparıb qol vurduq. Qollar da vura bilərdik. Qarşıdakı 3 oyuna hazırlaşacağıq".

İdman.biz xəbər verir ki, bunu "Səbail"in məşqçisi Elvin Məmmədov "Şamaxı" ilə matçdan sonra keçirilən mətbuat konfransında deyib.

O, Misli Premyer Liqasının 33-cü turunda səfərdə qeydə alınan 1:1 hesablı heç-heçəni şərh edib. O, qol vəziyyətlərindən istifadə olunmamasını ustalıqla əlaqələndirib: "Ustalıq səviyyəsi də ola bilər, şanssızlıq da. İdman xoşbəxtliyi də olmalıdır. Uşaqlar həqiqətən də mübarizə apardılar. Keçmiş qaldı keçmişdə. Qaytara bilmərik. Məşqçiliyə yeni başlamışam. Böyük danışmaq istəmirəm. Amma reallığa baxsaq, həm "Araz-Naxçıvan"la, həm də "Şamaxı" ilə oyunda 2 xal itirdik. Əlbəttə ki, məyus oluruq".

İdman.biz

Seçilən
0
1
idman.biz

8Mənbələr