AZ

“Birinci hissədə oyuna tam köklənə bilmədik” – Elvin Məmmədov

“Səbail” Misli Premyer Liqasının 33-cü turunda səfərdə “Şamaxı” ilə 1:1 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, “dənizçilər”in məşqçisi Elvin Məmədov matçdan sonra keçirilən mətbuat konfransında görüşü şərh edib:

“Bilirdik ki, bizi ağır oyun gözləyir. Şamaxı hər komanda üçün çətin səfərdir. Ayxan Abbasovun həmişə döyüşkən komandası olur. Birinci hissədə oyuna tam köklənə bilmədik. Amma ikinci yarıda yaxşı mübarizə aparıb qol vurduq. Qollar da vura bilərdik. Qarşıdakı 3 oyuna hazırlaşacağıq”.

Seçilən
0
2
idmanxeber.az

8Mənbələr