AZ

Hindistan Pakistana hücum edəcək -

Biz Hindistanın Pahalqamla bağlı əsassız iddialara əsaslanaraq hərbi əməliyyata başlamaq niyyətində olduğuna dair etibarlı kəşfiyyat məlumatı aldıq. Metbuat.az xəbər verir ki, Pakistanın Federal İnformasiya, Yayım, Milli İrs və Mədəniyyət naziri Attaullah Tarar belə açıqlama verib. O bildirib ki, Hindistan Pakistanın hücumun müstəqil komissiya tərəfindən araşdırılması təklifini rədd edib. Nazirin sözlərinə görə, Hindistan doğru seçim etmək əvəzinə bütün bölgə üçün fəlakətli nəticələrə səbəb olacaq təhlükəli münaqişə yoluna girməyə qərar verib. O, Hindistanın istənilən hücumuna qətiyyətlə cavab veriləcəyini ifadə edib.

Nazir bəyan edib ki, beynəlxalq ictimaiyyət mümkün müharibənin nəticələrinin məsuliyyətinin birbaşa Hindistanın üzərinə düşdüyünü unutmamalıdır.

Seçilən
0
17
metbuat.az

10Mənbələr