Pakistanın informasiya naziri Attaullah Tarar bildirib ki, onlar Hindistanın yaxın 24-36 saat ərzində hərbi hücuma keçməyi planlaşdırdığına dair etibarlı kəşfiyyat məlumatlarına malikdir.
Hafta.az-ın yazdığına görə, nazir Tarar X platformasında verdiyi açıqlamada Hindistanın Pahalqam hadisəsindən (Kəşmirdə) saxta bəhanə kimi istifadə edərək hücuma keçməyi planlaşdırdığını bildirib.
Ölkəsinin belə bir təcavüz aktına “qətiyyətli cavab” ilə cavab verəcəyini bildirən Tarar, “Bölgədə baş verə biləcək hər hansı mənfi nəticələrə görə Hindistan tam məsuliyyət daşıyacaq” deyib.
Xatırladaq ki, ötən həftə Hindistanın Kəşmir bölgəsində turistlərə silahlı hücum nəticəsində 26 nəfər həlak olub.
Hindistanın hücumda Pakistan ünsürlərinin iştirakını iddia etməsindən sonra iki nüvə silahlı ölkə arasında gərginliyin artması fonunda baş verib. İslamabad hadisədə heç bir rolunun olmadığını vurğulayıb və tərəfsiz araşdırmaya çağırıb. Hindistanın Xarici İşlər Nazirliyi hələlik şərh sorğusuna cavab verməyib.
Hindistanın baş naziri Narendra Modi hücum edənləri tutub cəzalandıracağına söz verib. Həm Hindistan, həm də Pakistan bütün Kəşmirə iddia edir. Hər iki ölkə Kəşmirə nəzarət uğrunda keçmişdə döyüşüb.
Pakistanın müdafiə naziri Məhəmməd Asif daha əvvəl “Reuters” agentliyinə demişdi ki, Hindistan indi hərbi əməliyyata başlamağa çox yaxındır. İslamabaddakı ofisində danışan Asif Pakistanın yüksək hazırlıq vəziyyətində olduğunu, lakin əlavə edib ki, nüvə silahından yalnız “yaşamasına birbaşa təhlükə yaranarsa” istifadə edəcək.