AZ

Hindistan-Pakistan sərhədində döyüşlər genişlənir - VİDEO

Xəbər verdiyimiz kimi Hindistan və Pakistan sərhədində aktiv döyüşlər başlayıb. Atışma əsasən Cammunun Parqval-Axnur sektorunda baş verib.


Bu barədə "Clash Report" məlumat yayıb. 

Pakistanın informasiya naziri gecə saatlarında Hindistanın yaxın 24-36 saat ərzində hərbi hücum planlaşdırdığına dair "etibarlı kəşfiyyat məlumatlarına" malik olduğunu söyləyib. Hindistanın Pahalqami hadisəsindən bəhanə kimi istifadə edəcəyi iddia olunur.

"İstənilən təcavüz aktı qətiyyətlə qarşılanacaq. Hindistan regionda baş verə biləcək hər hansı ciddi nəticələrə görə tam məsuliyyət daşıyacaq", - o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Xatırladaq ki, 22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.



Tural

Seçilən
2
17
news365.az

10Mənbələr