Bakı. Trend:
Aprelin 26-da və 27-də ayrı-ayrı vətəndaşların müxtəlifkiberüsulla 2500, 2170, 2000, 927, 497, 416, 415, 320, 312, 165,160, 140, 79, 78, 71, 52, 50, 49, 20 manat pul vəsaitləri bankkartlarından oğurlanıb.
Bu barədə Trend-ə DİN-in Mətbuat xidmətindən məlumatverilib.
Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davamedir.
“Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTPkodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin vəşifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlarnaməlum şəxslərə verildiyi halda, hesabınızda olan pullar, yaxudpul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc,sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxilüzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyəedirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərəverməyin”, - məlumatda qeyd olunub.