AZ

Kartlardan daha 24 min manat OĞURLANDI

Aprelin 25-də vətəndaşların bank kartlarından 24 min manata yaxın pul oğurlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 25-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 6000, 5800, 4355, 1600, 1470, 1390, 955, 750, 420, 360, 202, 97, 61, 9 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Nazirlik vətəndaşları kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, sistemlərə giriş üçün lazım olan loqin və şifrələri, kartın PİN kodu kimi məxfi məlumatları başqaları ilə bölüşməməyə çağırıb.

Seçilən
87
3
redaktor.az

10Mənbələr