AZ

Ötən gün bank kartlarından bu qədər pul oğurlanıb

Bakı. Trend:

Aprelin 25-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla6000, 5800, 4355, 1600, 1470, 1390, 955, 750, 420, 360, 202, 97,61, 9 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindənməlumat verilib.

Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davamedir.

"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTPkodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin vəşifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlarnaməlum şəxslərə verildiyi halda, hesabınızda olan pullar, yaxudpul yoxdursa, kredit formasında sizə zərər vuracaq.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc,sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxilüzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyəedirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərəverməyin, təhlükə var", - məlumatda qeyd edilib.

Seçilən
6
1
az.trend.az

10Mənbələr