Qubada daha bir körpü uçmaq üzrədir.
Bizim.Media-ya yerli sakinlərdən verilən məlumara görə, yolun rayonun 2-ci kəndindən keçən Qaraçay körpüsü çöküb və dayaqları enib.
Körpü rəsmi olaraq bir saatdır bağlanıb və nəqliyyat vasitələrinin hərəkəti tam dayanıb.
Quba FHK sədri, icra hakimiyyəti başçısının 1-ci müavini Tariyel İbrahimov faktı təsdiqləyib. Bildirib ki, Qaraçayın üzərindəki körpü 1959-cu ildə inşa edilib və hazırda qəzalı vəziyyətə düşüb.
Onun sözlərinə görə, hazırda nəqliyyat vasitələri Qonaqkənd istiqamətinə Pirvahid kəndindən keçməklə hərəkət edirlər. İkinci Nügədi sakinləri də rayon mərkəzinə Pirvahid yolundan keçməklə gələ biləcəklər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu