IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında yazıçı-jurnalist, "Sport Time" jurnalının redaktoru Jalə Rzabəylinin imza günü keçirilib. Yazarın kitabları oxucular tərəfindən maraqla qarşılanıb.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü və prezident təqaüdçüsü olan Jalə Rzabəylinin "40 yaşdan sonrakı qadın", "Yol ver, dağlar" və şeir toplusu festivalda oxuculara təqdim edilib.
Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr olunacaq.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
XQ