Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Ukrayna ilə danışıqlar aparılmayınca atəşkəslə razılaşmayacaq.
Onun fikrincə, Rusiya tərəfi belə şərtləri qəbul edərsə, aldanmaq riski var: “İndi onlar bizə deyəndə: “Gəlin barışaq, sonra baxarıq”, yox, uşaqlar”, – deyə Lavrov bildirib. “Biz artıq bu hekayələrdə olmuşuq, artıq bunu istəmirik.”
Nazirin sözlərinə görə, Rusiya artıq 2022-ci ildə aldadılıb. O, izah edib ki, o vaxt Rusiya və Ukrayna tərəfləri təklif olunan şərtlərlə razılaşıblar, lakin “sonra Qərb sazişin imzalanmasını qadağan edib”.
Lavrov hesab edir ki, indiki şəraitdə əvvəlcədən atəşkəs elan etmək mümkün deyil. Onun fikrincə, Avropa liderləri sanksiyaları sərtləşdirməyə hazırlaşırlar ki, bu da onların sülh yolu ilə nizamlanma təkliflərinə ziddir.
Qeyd edək ki, mayın 16-da İstanbulda Rusiya-Ukrayna danışıqlarının birinci raundu baş tutub. Hər iki ölkənin prezidenti iştirak etməyib. Nümayəndə heyətləri atəşkəs rejiminin yaradılması ilə bağlı hər bir tərəf müfəssəl təkliflər tərtib etdikdən sonra yeni görüşün keçirilməsi barədə razılığa gəliblər.
//Samir Qurbanov, Editor.az