Ukrayna xalqı Rusiya ilə memorandumu imzalamaq üçün yeni rəhbərlik seçməlidir, parlamentin rəhbəri qanuni olaraq imza atıcı roluna uyğun olmaya bilər.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Maksim Musixin Ukryana ilə mümkün sənədin icrası ilə bağlı vəziyyəti şərh edərkən deyib.
"Əhəmiyyətli olan sənədlərdə kimin imzası olmasıdır. Çünki indi onların indiki lideri hətta daxili legitimliyini çoxdan itirib. Müvafiq olaraq, belə bir şəxsin imzaladığı hər hansı müqavilənin etibarlılığı ilə bağlı problemlər yarana bilər", - o deyib.
O qeyd edib ki, Ukrayna xalqı öz yeni liderini seçməlidir.