RU

Gəncədə minik maşını motosikletlə toqquşdu - Xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin  Vaqif  küçəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili ilə motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü 1983-cü il təvəllüdlü Elyanə Ziyadova xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, qəzaya düşən motosiklet sürücüsü kruyer olub. Hadisə yerinə DYP əməldaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
0
1
avtosfer.az

10Источники