AZ

Gəncədə xəsarət alan 18 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi açılıb- YENİLƏNİB-2

Gəncədə xəsarət almış şəxsin ölməsi faktı üzrə cinayət işi başlanılıb.

Baş Prokurorluğunun Mətbuat xidmətindən APA-ya bildirilib ki, mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən yataqxanasının həyətində almış olduğu xəsarətdən bu gün müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin ibtidai istintaqı aparılır.

Cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

13.22

Mayın 13-də saat 00:00 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

“Ona qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:10 radələrində pasiyentin ölüm faktı qeydə alınıb”, məlumatda deyilir.

***

12.26

Gəncədə xəsarət alan 18 yaşlı oğlan ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, 2007-ci il təvəllüdlü E.İbrahimov müalicə aldığı xəstəxanada vəfat edib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyən edilməsi üçün polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

***

08.08

Gəncə sakini naməlum şəraitdə ölümcül xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 2007-ci il təvəllüdlü E. İbrahimov ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Ona xəstəxanada tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Gəncin hansı səbəbdən xəsarət alması hələlik məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara davam etdirilir.

Seçilən
0
48
apa.az

10Mənbələr